Bakı aeroportunda elektrik təchizatı tam bərpa edilib
![Bakı aeroportunda elektrik təchizatı tam bərpa edilib](https://businesstime.az/uploads/images/2022/08/image_750x_62f4a68faec00.jpg)
Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib.
Bu barədə hava limanından bildirilib.
Məlumata görə, hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir. Elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.
Enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdi.