Növbəti GRE imtahanı keçiriləcək

Növbəti GRE imtahanı keçiriləcək

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı noyabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

DİM-dən bildirilib ki, imtahan verəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat 09:00-da başlanır.

“GRE General Test” imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür