Agro Dairy COP29-da panel sessiya keçirəcək

Agro Dairy COP29-da panel sessiya keçirəcək

Noyabrın 19-da COP29-da Yaşıl Zonada Agro Dairy şirkəti tərəfindən panel sessiya keçiriləcək.

COP29 çərçivəsində kənd təsərrüfatı sahəsində aparıcı ekspertlərin iqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinə təsiri və uyğunlaşma strategiyaları, dayanıqlı kənd təsərrüfatı təcrübələri ətrafında geniş müzakirələr aparacağı “Dayanıqlı Kənd Təsərrüfatı” panel sessiyasının moderatoru qismində Agro Dairy şirkətinin icraçı direktoru Niyazi Əmirbəyov çıxış edəcək.

Gələcəyimizə təsir edəcək aktual mövzular barədə məlumatlanmaq üçün sizi sessiyamıza dəvət edirik! 

Biletləri iticket.az saytından ödənişsiz əldə edə bilərsiniz.