Balığa olan təlabat artıb - “Keşlə” Balıq Bazarından reportaj
Baku TV Bakıdakı 3-cü mikrorayon ərazisində yerləşən “Keşlə” Balıq Bazarından reportaj hazırlayıb.
Reportajda diqqətə çatdırılıb ki, balıq almağa adətən axşam saatlarında gedilməsi tövsiyə olunur.
"Alıcılar adətən axşam saat 7-dən sonra balıq almağa gəlirlər. Amma səhər saatlarında da gələn olur", - deyə satıcı Xəyal Səfərli bildirib.
Həmçinin bildirilib ki, bazarda həm Azərbaycanın müxtəlif bölgələrindən, həm də xaricdən gətirilən balıqlar satılır.
"Ən yaxşı balıqlar Balakəndən gətirilənlərdir. Oranın balığının dadı başqadır. Hamısı axar suyun balıqlarıdır", - deyə satıcı Rövşən Qocayev söyləyib.
Daha ətraflı videomaterialda:

