Agrovit İsmayıllıda konfrans təşkil edib

Agrovit İsmayıllıda konfrans təşkil edib

İsmayıllı rayonunda "Maye  kompleks gübrəsinin Azərbaycanda əkin sahələri və bağlarda tətbiqinin səmərəliliyi mövzusunda Elmi-praktik konfrans keçirilib.

Agrovit şirkəti tərəfindən təşkil edilən konfransa Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Toxum Fondunun nümayəndələri, və Azərbaycanın müxtəlif bölgələrindən olan fermerlər iştirak edib.

Rusiyanın qabaqcıl gübrə istehsalçılarından olan "FosAgro "Şirkətinin nümayəndəsi Dana Kanaqatova öz çıxışında iştirakçılara Maye kompleks Fosfor gübrəsinin müxtəlif bitkilərə tətbiqi, fərqli torpaqlarda gübrələrdən istifadənin qabaqcıl təcrübələri, tətbiq sxemləri, maksimum nəticə əldə etmək üçün müxtəlif mineral gübrə formullarının üstünlükləri barədə ətraflı məlumat verib.

Bioloji pestisid və gübrə istehsalı sahəsində lider olan Rusiyanın Bionovatic şirkətinin nümayəndəsi Yuriy Şumulov isə, cüzi vəsait xərcləməklə sahələrdə və bağlarda məhsuldarlığın yüksəldilməsi məqsədilə müxtəlif bitki və əkinlər üçün xüsusi hazırlanmış proqramları fermerlərin diqqətinə çatdırdı.

Maraqlı diskussiya şəraitində keçən konfrans çərçivəsində fermerlərin müxtəlif sualları cavablandırılıb,təklifləri dinlənilib. Konfransdan sonra, iştirakçılar Maye fosfor gübrəsinin, eləcə də Bionovatic Şirkətinin Orgamika F biofungisidinin tətbiq edildiyi İsmayıllı rayonunun İvanovka kəndində yerləşən sahələrlə tanış olublar.