Aktiv ƏDV ödəyicilərinin sayı 3,9 faiz artıb

Aktiv ƏDV ödəyicilərinin sayı 3,9 faiz artıb

2024-cü il aprelin 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,8  faiz artaraq 768,1 minə çatıb. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 3,9 faiz artıb və 47,5 min təşkil edib.

Bu barədə BusinessTime-a İN yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 205,0 min olub.