"Alyans" Firmasının 300 mindən çox borcu yaranıb
"Alyans" Firmasının külli miqdarda vergi borcu yaranıb.
BusinessTime bildirir ki, Qaynarinfo-nun məlumatına görə, firmanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcu ümumilikdə 317.826,92 AZN-ə çatıb.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan "Alyans” Firmasının qanuni təmsilçisi Əfqan Qasımov Atdıxan oğludur.


