“Alyonka”nın Azərbaycandakı nümayəndəliyi ləğv olunur
Sovet dövrünün ən məşhur şirniyyat brendlərindən biri olan “Alyonka” şokoladları artıq Azərbaycanda istehsal olunmayacaq.
Valyuta.az xəbər verir ki, buna səbəb “Obyedinyonniye Konditeri” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin ləğv edilməsidir.
Məlumata görə, qanuni təmsilçisi Sergey Deryabin Leonidoviç olan şirkət ölkədə fəaliyyətini dayandırır.
Xatırladaq ki, ləğv olunan “Obyedinyonniye Konditeri” Rusiyanın qənnadı sənayesində fəaliyyət göstərən iri holdinqlərdən biridir. Şirkət əsasən şokolad, konfet, biskvit və digər şirniyyat məhsullarının istehsalı və satışı ilə məşğuldur.
Qeyd edək ki, “Alyonka” şokoladları “United Confectioners” (Obyedinyonniye Konditeri) holdinqinə daxil olan “Krasny Oktyabr” fabriki tərəfindən istehsal olunur.


