"Zaminbank"ın daha bir əmlakı hərraca çıxarılır

"Zaminbank"ın daha bir əmlakı hərraca çıxarılır

Mayın 11-də "Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan "Zamin Bank" ASC-nin daha bir daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.

Bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.

Xatırladaq ki, söhbət Sumqayıt şəhərinin 2-ci mikrorayonunda yerləşən 49,73 kv.m.lik 2 otaqlı mənzildən gedir. Əmlakra 70 300 manat qiymət qoyulub.

BusinessTime