"ANG" şirkətinə 9,1 milyon manatlıq sifariş - AĞDAMDA BİNALAR TİKƏCƏK
Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-130 üzrə binalar tikiləcək.
“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs "ANG" MMC şirkətilə müqavilə bağlayıb. Müqavilənin məbləği 9 milyon 100 minatdır. Müqavilə “Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-130 üzrə binaların tikintisi işləri”nin satın alınmasını nəzərdə tutur.
Ehtimal olunan qiymət 9 milyon 170 min manat idi.
İşlərin başlama tarixi 02.10.2025-ci il, bitmə tarixi 27.11.2026-cı ildir.
Həmçinin “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “Az-Caspian Construction” MMC şirkətilə də müqavilə imzalayıb. Müqavilənin məbləği 2 milyon 941 min manatdır. Müqavilə Xocavənd şəhərində fərdi yaşayış evlərində (50 ev, 8415 m2) təmir işlərinin aparılmasını nəzərdə tutir.
İşlərin başlama tarixi başlama tarixi 30.09.2025-ci il, bitmə tarixi 27.02.2026-cı ildir. (Marja)

