Animasiya Assosiasiyasına 17 üzv qoşulub
![Animasiya Assosiasiyasına 17 üzv qoşulub](https://azertag.az/files/2024/1/1200x630/17078169254241730687_1200x630.jpg)
Ötən il Azərbaycan Animasiya Assosiasiyası 17 tədbirin və layihələrin təşkilatçı və ya dəstəkçisi olub.
Bununla bağlı assosiasiyanın 2023-cü il hesabatında bildirilib.
Qeyd edilib ki, 2023-cü ildə assosiasiyaya 17 üzv qoşulub. (16 fiziki şəxs, 1 şirkət), ümumi üzvlərin sayı 23-ə çatıb (21 fiziki şəxs və 2 şirkət). Assosiasiya tərəfindən təşkil olunan ən böyük layihə 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı idi.