Anlaşma Memorandumu imzalandı

Anlaşma Memorandumu imzalandı

5 aprel 2023-cü il tarixində Düşənbədə Ölkə Prezidenti cənab İlham Əliyevin Tacikistana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Tacikistan Milli Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.

Memorandumun məqsədi bank sektoru sahəsində əməkdaşlıq edilməsi, təcrübə və məlumat mübadiləsinin aparılması, aktual məsələlərin müzakirəsi, təlim, internatura proqramları və seminarların keçirilməsi, texniki məsləhətlərin verilməsi məqsədilə araşdırma və tədqiqat xarakterli səfərlərin təşkilindən ibarətdir.

İmzalanmış Memorandum iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın daha da möhkənməsinə xidmət edəcək, həm mərkəzi bankçılığın, həm də bütövlükdə hər iki ölkənin bank sisteminin inkişafına öz töhfəsini verəcəkdir.