Artur Nikolayev vəfat edib
Tatarıstan Respublikası Ticarət və Sənaye Palatasının sədrinin birinci müavini Artur Nikolayev vəfat edib.
Bu barədə Palatanın rəsmi Telegram kanalında məlumat verilib.
"Böyük kədər hissi ilə bildiririk ki, Tatarıstan Respublikası Ticarət və Sənaye Palatasının birinci müavini Artur Nikolayev qəfil vəfat edib", - deyə açıqlamada qeyd olunub.


