İcbari Sığorta Bürosu XƏBƏRDARLIQ ETDİ

İcbari Sığorta Bürosu

Oktyabrın 3-də saat 18:00-dan etibarən İcbari Sığorta Bürosunda (İSB) təxminən 4 saat müddətində VÖEN məlumatlarının əldə edilməsi üzrə bəzi xidmətlərdə müvəqqəti əlçatmazlıq yarana bilər.

BusinessTime xəbər verir ki, bu barədə İSB məlumat yayıb.

“Buna səbəb aidiyyəti qurum tərəfindən aparılacaq texniki işlərdir”, - deyə məlumatda bildirilir.