Azərbaycanda avtonəqliyyat sığortası üzrə ödənişlər 21,2% artıb
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda avtonəqliyyat sığortası bazarında həm sığorta haqları, həm də sığorta ödənişləri artıb.
Hesabat dövründə avtonəqliyyat sığortası üzrə 130,1 milyon manat sığorta haqqı toplanıb. Bunun 91,5 milyon manatı icbari, 38,6 milyon manatı isə könüllü avtonəqliyyat sığortasının payına düşüb.
Həmin dövrdə avtonəqliyyat sığortası üzrə 94,9 milyon manat sığorta ödənişi həyata keçirilib. Ödənişlərin 75,9 milyon manatı icbari, 19 milyon manatı isə könüllü avtonəqliyyat sığortası üzrə olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə avtonəqliyyat sığortası üzrə sığorta haqları 8,6%, sığorta ödənişləri isə 21,2% artıb.
Valyuta.az


