“ASAN xidmət”lə bağlı bu qayda dəyişdirildi
ASAN xidmət” mərkəzlərində ödənilmiş rüsumların geri qaytarılması ilə bağlı dəyişiklik edilib.
Artıq dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu vətəndaşın ərizəsi əsasında “ASAN xidmət” tərəfindən deyil, vətəndaşın müraciət etdiyi xidməti göstərən müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir.
Vətəndaşlardan bu məqamı nəzərə almaları xahiş edilir.


