“Assist Finance" dövriyyə itkisi ilə üzləşib - 1 milyard manatdan çox azalma
"Assist Finance İnvestisiya Şirkəti” ASC dövriyyə itkisi ilə üzləşib.
BusinessTime.az Valyuta.az-a istinadən xəbər verir ki, şirkətin 2025-ci ilin yanvar-dekabr aylarında daxili birjada dövriyyəsi 1,604 əqd üzrə 4 mlrd. 328 mln. 818 min 066 manat manat təşkil edib.
Bu isə 2024-cü ilin eyni dövrünə nisbətən 29,18% və ya 1 mlrd. 782 mln. 378 min 186 manat azdır. 2024-cü ilin yanvar-dekabr aylarında investisiya şirkətinin BFB-dəki dövriyyəsi 2,150 əqd üzrə 6 mlrd. 111 mln. 196 min 252 manat olub.
2025-ci ilin yanvar-dekabr ayları üzrə "Assist Finance”ın bir əqdinin orta dəyəri 2,70 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 140 min manat və ya 4,9% azdır. Ötən ilin eyni dövründə bu rəqəm 2,84 milyon manat təşkil edib.
Hesabat dövründə "Assist Finance”ın dövriyyəsinin 3,3 mlrd. manatı repo əməliyyatlarının, 123,5 mln. manatı dövlət istiqrazlarının, 705,2 mln. manatı korporativ istiqrazların, 150,3 mln. manatı Mərkəzi Bankın notlarının, 770,7 min manatı isə səhmlərin payına düşüb.
Xatırladaq ki, "Assist Finance Investisiya Şirkəti” ASC 2018-ci ildə qeydiyyata alınıb.

