"Apple" son 14 ildə ilk dəfə smartfon bazarının lideri oldu

"Apple" son 14 ildə ilk dəfə smartfon bazarının lideri oldu

ABŞ-nin smartfon istehsalçısı "Apple" 2011-ci ildən bəri ilk dəfə mobil cihazlar bazarında yenidən liderliyə yüksəlib.

Oxu.Az bildirir ki, bu barədə "Reuters" agentliyi "Counterpoint" analitik şirkətinin araşdırmasına istinadən məlumat yayıb.

Qeyd edilir ki, 2025-ci ildə "Apple"ın bazar payı 2% artıb ki, bu da "iPhone" istehsalçısına ümumi smartfon bazarının 20%-ni tutmağa imkan verib.

"Counterpoint"in məlumatına görə, smartfonlar bazarında "Samsung"un payı 19%, "Xiaomi"nin isə 13% təşkil edib.