"Assist Finance İnvestisiya Şirkəti" dövlətə 5 milyon manat borc verib
Bu ilin əvvəlindən "Assist Finance İnvestisiya Şirkəti" ASC Maliyyə Nazirliyinin 4,855 milyon manatlıq istiqrazlarını əldə edib.
BusinessTime bu barədə maliyyə qurumuna istinadən xəbər verir.
Məlumata görə, "Assist Finance" və nazirlik arasında xüsusi əhəmiyyətli əqdlərin bağlanılması investisiya şirkətinin səhmdarlarının ötən il sentyabrın 15-də keçirilmiş ümumi yığıncağının qərarı əsasında baş tutub.
Xatırladaq ki, "Assist Finance İnvestisiya Şirkəti" 2018-ci ildən fəaliyyət göstərən "BTB Kapital İnvestisiya Şirkəti" ASC-nin hüquqi varisidir. Bu maliyyə qurumunu bir qədər əvvəl bank olmayan kredit təşkilatına (BOKT) çevrilməyə qərar vermiş "Bank BTB" ASC yaradıb, sonradan onu investisiya şirkətinin keçmiş direktoru Ruslan Cəfərova satıb. Bundan bir qədər sonra o, direktor vəzifəsindən gedib və maliyyə qurumuna rəhbərliyi indiyə qədər müavini olan Cəfər İbrahimliyə həvalə edib. (Report)


