"Avrora" MMC-də “Karyera günü” olacaq

"Avrora" MMC-də “Karyera günü” olacaq

12 Fevral tarixind'  "Avrora" MMC-də “Karyera günü” olacaq.

“Avrora” MMC “Tamstore” marketlər şəbəkəsinin yeni açılacaq filialları üçün işçi qəbulunu davam etdirir. Yeni açılacaq filiallarda mağaza heyətinin tam formalaşdırılması üçün satıcı, kassir, fəhlə, qəssab, mühafizəçi, paketləyici vakansiyaları üzrə “Karyera günü” keçiriləcək.

Müsahibədən uğurla keçmiş namizədlər Bakı şəhərinin müxtəlif yerlərində (Əhmədli, Masazır, 5-ci mikrorayon, Nəsimi-Olimpik, Qaradağ, Xırdalan, Sumqayıt, Şamaxinka, Neftçilər) yerləşən marketlərdə işlə təmin olunacaqlar.

İş qrafiki 8 saat və növbəlidir

Nahar şirkət tərəfindən təmin ediləcək
Mühafizə vəzifəsi üzrə təcrübə tələb olunur.
Digər vəzifələr üzrə təcrübə tələb olunmur.
Şəxsiyyət vəsiqəsi və bəy namizədlər üçün hərbi biletin təqdim 
edilməsi mütləqdir.

Ünvan: Avrora MMC-nin baş ofisi, Nərimanov rayonu, Aşıq Molla Cümə 46C
Tarix: 12 Fevral
Saat: 10:00-16:00
Əlaqə: (099) 200-15-34, (099) 200-15-02