Enerji Məsələlərini Tənzimləmə Agentliyi işçi axtarır

Enerji Məsələlərini Tənzimləmə Agentliyi işçi axtarır

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) vakansiya elan edib.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini [email protected] poçt ünvanına göndərə bilərlər.

Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Hüquqi təminat və təhlil şöbəsi – Baş hüquqşünas ) qeyd etməniz tələb olunur.

Vakansiya üzrə müraciətin son tarixi: 24 fevral 2024-cü il

Qeyd edək ki, ETMA Azərbaycan Prezidentinin 22 dekabr 2017-ci il 1750 nömrəli Fərmanı ilə
yaradılmışdır və Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlərin hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirən publik hüquqi şəxsdir.