Gənc Sahibkarların IV Forumu keçiriləcək

Gənc Sahibkarların IV Forumu keçiriləcək

Noyabrın 17-də “Bakı KOB evi”ndə “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində Gənc Sahibkarların IV Forumu keçiriləcək.

KOBİA-dan bildirilib ki, Gənclər Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçiriləcək tədbirin məqsədi gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, biznes layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar və dövlət dəstəyi mexanizmləri haqqında onları məlumatlandırmaqdır.

Forum Azərbaycanda sahibkarlığın inkişafında böyük rolu olan Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ölkəmizdə elan edilən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan tədbirlərin tərkib hissəsidir.