“AVTODETAL” məhkəməni uddu

“AVTODETAL” məhkəməni uddu

Bu günlərdə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin çıxardığı qərarla fəaliyyətinə əngəl yaradılan “Avtodetal” mağazalar şəbəkəsinin rəhbərləri vəkil Aslan İsmayılovun vasitəsilə çıxarılmış qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdir.

Şirkət rəhbərlərinin verdiyi şikayəti Azərbaycan Respublikasının Baş Prokurorluğu dəstəkləmiş və Bakı Apellyasiya Məhkəməsi təmin etmişdir. Çıxarılmış yeni qərarla Binəqədi Rayonu Məhkəməsinin qərarı ləğv edilmiş və mağazalar şəbəkəsinin fəaliyyəti bərpa edilmişdir. Bu barədə öz feysbuk səhifəsində yazan vəkil Aslan İsmayılov ədalətli qərarın çıxarılmasında əziyyəti olan hər kəsə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsinin qərarından sonra bəzi şəxslər müxtəlif sosial şəbəkə vasitəsi ilə  “Avtodetal” mağazalar şəbəkəsinin fəaliyyətinə kölgə salmaq məqsədi güdərək, orada işləyən rəhbər heyəti dələduz adlandırmış və  hətta mağazada satılan malların saxta olduğunu iddia etmişlər. Onlar şirkətin sıradan çıxması üçün  “Avtodetal” mağazalar şəbəkəsinin bütün işçi heyətinin məsuliyyətə cəlb olunmaları ilə bağlı da yalan dolu çıxışlar etmişlər. Buna baxmayaraq həmin şəxslərin niyyətləri baş tutmamış və mağazalar şəbəkəsi fəaliyyətini davam etdirmişdir.

Bildirək ki,  “Avtodetal” Azəbaycanda bir ilə yaxındır yaradılmış avtomobil ehtiyat hissələrinin satışını həyata keçirən mağazalar şəbəkəsidir. Mağazalar şəbəkəsinin “Mərkəz” mağazası, “Biləcəri”, “Yasamal-1”, “Yasamal-2”, “Mikrorayon”, “Bakıxanov”, “Neapol”, “Maştağa”, “Grand”, “Sumqayıt” və “Masallı” filialları fəaliyyət göstərir.

BusinessTime