"Ford" bəzi avtomobillərini geri çağırır - SƏBƏB

"Ford" əyləc problemlərinə görə ABŞ-də 273 789 avtomobili geri çağıracaq.
Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadla məlumat yayıb.
Nasazlıq 2022-ci ildən 2024-cü ilə qədər istehsal olunmuş "Ford Expedition" və "Lincoln Navigator" yolsuzluq avtomobillərinə aiddir.
Qeyd olunur ki, avtomobillərdə əsas problem ön əyləc xətlərinin mühərrikin hava təmizləyicisinin çıxışı ilə təmasda olaraq zədələnməsi və nəticədə əyləc mayesinin sızmasıdır.