AWITA 2024 gəlir!

AWITA 2024 gəlir!

Azərbaycan Qadınları Informasiya Texnologiyasinda Mükafatları – AWITA 2024 üçün ərizələr 1 avqust 2024 tarixindən başlayıb, və müraciətlər oktyabr ayının 10-a kimi qəbul ediləcək.

FEMMES DIGITALES-Supporting Women in TECH – “Texnologiyalar sahəsində Qadınlara Dəstək” İctimai Birliyi tərəfindən təşkil olunan illik tədbirimizdə tanınmağınız üçün əla fürsətdir.

İnformasiya texnologilaraı sahəsində çalışırsız? Texnologiya dahəsində təhsil alan tələbəsiz?

Proqramçı, dizayner, məhsul sahibibi, layihə rəhbəri, biznes analitik, İT mühəndis və İnformasiya texnologiyaları sahəsində çalışan digər peşə sahibi olan, texnologiyaları öz peşəsində aktiv istifadə edən xanımlar, bu müsabiqə məhz sizin üçündür.

Elə indi müraciət edin, 11 nominasiyadan biri üzrə qalib olun, və Texnologiya sahəsində qadınların fenomenal nailiyyətlərini birlikdə qeyd edək! Sizi şansınızı sınamağa dəvət edirik: https://femmesdigitales.az/awita/nomination/. Bundan əlavə siz, Birliyimiz haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz: https://femmesdigitales.az/.

Məlumat üçün bildirmək istəyərdim ki, AWITA 2023 İT sənayesinin 400 tanınmış simasını, hökumət rəsmilərini, universitet nümayəndələrini, tələbələri, məktəb direktorlarını və müxtəlif ölkələri təmsil edən səfirləri bir araya gətirmişdir.

Tədbirin əlamətdar göstəricisi, qadınların yüksək iştirakını göstərən bütün bölgələrdən 200-dən çox müraciətin daxil olması olmuşdur. 33 ekspertdən ibarət olan münsiflər heyətində iştirak edən ictimai xadimlərin, iri İT şirkətlərinin direktorlarının və parlamentarilərin ərizələri diqqətlə qiymətləndirərək 33 finalçı və 12 qalib seçmişdir.