AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) yeni tender elan edib.
Agentliyin elan etdiyi tender sink fosfid və alüminium fosfid dərman preparatlarının satın alınması ilə bağlıdır.
Məlumata əsasən, adı çəkilən dərmanlar siçanabənzər gəmiricilərin və karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi məqsədilə alınır.
Qeyd edək ki, tenderin ehtimal olunan qiyməti 803.200,00 AZN-dir.
Tender 05.05.2025-ci il saat 12:00 tarixinə qədər davam edəcək.
@Valyuta.az