Gübrə ixracından gəliri 88% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 78,6 milyon dollar dəyərində 361,6 min ton azot gübrəsi ixrac edib.
BusinessTime-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 88% çoxdur.
Məlumata görə, azot gübrəsinin ixracı miqdar baxımından illik müqayisədə 2,2 dəfə çoxdur.