Azərbaycan nefti 75 dollara qədər ucuzlaşıb
![Azərbaycan nefti 75 dollara qədər ucuzlaşıb](https://businesstime.az/uploads/images/2023/04/image_750x_644379ae50673.jpg)
Londonun InterContinental Exchange (ICE) birjasında keçirilən elektron hərracda Azərbaycanın "Azeri Light CIF" markalı neftinin 1 barelinin qiyməti 75,10 ABŞ dolları təşkil edib.
BusinessTime xəbər verir ki, bu əvvəlki günün qapanışı ilə müqayisədə 3,94 ABŞ dolları yaxud 4,98 % geriləmək deməkdir.
Qeyd edək ki, Azərbaycanın 2023-cü il üçün təsdiqlənmiş dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları müəyyən edilib.
Xatırladaq ki, eyni birjada hərraca çıxarılan “Brent” markalı neftin iyul fyuçersləri üzrə 1 barelin dəyəri 72,33 ABŞ dollarına satılıb.
Yazar