Azərbaycanın xarici borcunun məbləği məlum olub
![Azərbaycanın xarici borcunun məbləği məlum olub](https://businesstime.az/uploads/images/2023/04/image_750x_643d56cc5ec99.jpg)
Bu il aprelin 1-i tarixinə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 6 679,7 milyon ABŞ dolları təşkil edib.
Businesstime xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2023-cü ilin I rübü üzrə icmal və dövlət büdcələrinin icrasına dair hesabatda qeyd edilib.
Hesabata görə, ilin əvvəlindən bu yana xarici dövlət borcu üzrə 13,5 milyon ABŞ dolları məbləğində vəsait qaytarılıb.
Yazar