AZAL-ın yeni təyyarələr nə vaxt istismara veriləcək?

AZAL-ın yeni təyyarələr nə vaxt istismara veriləcək?

"Azərbaycan Hava Yolları" QSC (AZAL) "A320neo" və "A321neo" laynerləri daxil olmaqla "A320neo" ailəsinə aid 12 “Airbus” təyyarəsi 2028-ci ildən etibarən istismara veriləcək.

Bunu AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2028-ci ildən etibarən hər il 4 ədəd təyyarə bizim istismara veriləcək.

S. Rzayev vurğulayıb ki, bu gün AZAL-ın tarixində mühüm hadisədir.

Report