Azərbaycan ilə Türkiyə arasında sənədlər imzalanıb

Azərbaycan ilə Türkiyə arasında sənədlər imzalanıb

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) arasında imzalanan müqavilənin detalları bəlli olub.

İmzalanma Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində baş tutub.

Belə ki, AZPROMO və TÜİB arasında imzalanmış 2024-cü il üçün Fəaliyyət Planında ölkələrimiz arasında ticarət və investisiya həcmini artırmaq, iki ölkə arasında əməkdaşlığı gücləndirmək və qarşılıqlı investisiya imkanlarını dəstəkləmək və davamlı inkişaf məqsədlərinə uyğun birgə layihələri təşviq etmək nəzərdə tutulub.

Bundan başqa, “DO-DEM” MMC ilə “Multipak Ambalaj” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Azərbaycanda kağız əsaslı, təbiətə zərər verməyən və qida təhlükəsizliyinə əsaslanan qabların istehsalı ilə üzrə fabrik tikiləcək. “Diplomat LTD” ilə “Doğru Holding” arasında imzalanmış sənədə uyğun olaraq şirkət tərəfindən Azərbaycanda otel tikiləcək.