AZCON-da yeni təyinat olub

AZCON-da yeni təyinat olub

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) yeni təyinat olub.

BusinessTime.az-ın əldə etdiyi məlumata görə, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Nərgiz İsmayılova Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) Layihələrin idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2024-cü il 7 noyabr tarixli Fərmanına əsasən yaradılıb.

AZCON-un Müşahidə Şurasının tərkibi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib. Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbi oğlu Nəbiyevdir.