"Azərbaycan Dəmir Yolları" tranzit yükdaşımanı 7 % artırıb
Bu ilin yanvar-oktyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 6 milyon tondan çox tranzit yükü daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur.
BusinessTime.az bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, təkcə oktyabr ayında isə artım 14 % olub.