Azərbaycan karbamid ixracından gəlirini 35 % artırıb

Azərbaycan karbamid ixracından gəlirini 35 % artırıb

2025-ci ildə Azərbaycan 170,8 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın yanvar sayında bildirilir.


Məlumata görə, bu, 2024-cü illə müqayisədə 35 % çoxdur.


Təkcə dekabrda isə Azərbaycan 7 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 47,8 % azdır.


Ötən il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki illə müqayisədə 8,1 % artaraq 3,6 milyard ABŞ dolları təşkil edib.