Azərbaycan nefti 95 dollara qədər bahalaşıb

Dünya bazarında Azərbaycan nefti yenidən bahalaşıb.

BusinessTime xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,77 dollar və ya 3,01 % artaraq 94,72 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66ABŞ dolları) qeydə alınıb.