Neft qiymətləri artıb
OPEC-un 2024-2025-ci illərdə qlobal neft tələbi artımı proqnozunu endirdiyi üçün neft qiymətləri bahalaşıb.
"Brent" markalı neftin dekabr müqaviləsində bir barelin qiyməti 17 sent və ya 0,24% bahalaşaraq 72,06 dollara çatıb.
"WTI" markalı neftin noyabr müqaviləsində bir barelin dəyəri isə 14 sent və ya 0,21% artaraq 68,26 dollar olub.