Azərbaycan Qran-prisinin könüllü proqramına rekord sayda müraciət

Azərbaycan Qran-prisinin könüllü proqramına rekord sayda müraciət

24-26 sentyabr tarixlərində keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2026 üçünkönüllü proqramına qeydiyyat mərhələsi rekord göstərici ilə yekunlaşıb.

Cəmi 72 saat ərzində 49 min müraciətin daxil olması Azərbaycan Qran Prisi tarixində qeydə alınmış ən yüksək nəticə olub. Müqayisə üçün qeyd edək ki, 2024-cü il 16 min ötən ilisə bu rəqəm 31 min təşkil etmişdi.

2026-cı il Formula 1 Azərbaycan Qran Prisi üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, yarış bu il Bakıda 10 illik yubileyini qeyd edəcək. Məhz bu əlamətdar yubiley münasibətilə könüllü proqramına marağın daha da artdığı müşahidə olunub. İlkin qeydiyyat mərhələsi artıq başa çatıb.

Seçim prosesi zamanı motivasiyası yüksək, ünsiyyət bacarıqları güclü və komanda ilə işləmək bacarığına malik namizədlərə üstünlük veriləcək.

Qeyd edək ki, ötən il 2000-dən çox könüllü Formula 1 Azərbaycan Qran Prisində müxtəlif istiqamətlər üzrə təşkilati proseslərdə yaxından iştirak edib.

Qeydiyyatdan keçmiş namizədləri qarşıda seçim və müsahibə mərhələləri gözləyir. Seçilmiş iştirakçılardaha sonra Bakı Şəhər Halqası Akademiyasının (BCC Academy) müxtəlif təlim proqramlarına cəlb olunacaq. Onlar yarış həftəsi ərzində fərqli əməliyyat istiqamətlərində fəaliyyət göstərəcəklər.