“Avrora” ölkə çempionu oldu

“Avrora” ölkə çempionu oldu

18 yaşadək voleybolçu qızlar və oğlanlar arasında keçirilən ölkə birinciliyində qaliblər bəlli olub. Final oyunları Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.

Qızların final görüşündə “Avrora” və “Veysəloğlu”nun həmtəsisçisi olduğu “Milli Aviasiya Akademiyası” komandası “Lokomotiv” üzərində 3:0 hesablı qələbə qazanaraq çempionluğa yüksəlib. Oğlanların finalında isə “Şərqi Zəngəzur RVK” komandası “ORDU”nu eyni hesabla məğlub edərək birinciliyin qalibi olub.
Qızların yarışında “Lokomotiv” ikinci, “Möminə Xatun” isə üçüncü yeri tutub. Oğlanların mübarizəsində “ORDU” gümüş, “Murov Az Terminal” komandası isə bürünc medal qazanıb.

Yarışın sonunda təşkil olunan mükafatlandırma mərasimində qaliblərə kubok və medallar təqdim edilib. Mükafatları Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, maliyyə direktoru Sənan Cəfərov, “Avrora Qrup”un prezidenti Ceyhun Abbasov, Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktorunun müavini İlqar Nuri, “Murov Az Terminal” VK-nın prezidenti Cavid Kərimov, “AZERRAIL” VK-nın prezidenti Ramin Əzizov, AVF-nin Naxçıvan filialının prezidenti Vüqar Əliyev və “Şərqi Zəngəzur RVK”nın prezidenti Niyaməddin Paşayev təqdim ediblər.