Azərbaycan Tacikistan əlaqələrinə baxış

Azərbaycan Tacikistan əlaqələrinə baxış

Son iyirmi il ərzində ölkəmizin qazandığı uğurlar, xüsusilə də 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın real gücünün nədən ibarət olması ilə bağlı region, eləcə də yaxın və uzaq coğrafiyada təsəvvürlərin yaranmasına şərait yaratdı.

Zəngin karbohidrogen, o cümlədən bərpaolunan enerji ehtiyatlarına malik Azərbaycanın son dövrələr dünyada baş verən müharibələr, münaqişə ocaqlarının yaratdığı reallıqlar fonunda fəal oyunçuya çevrilməsi təbii reallıq və zamanın tələbidir desək yanılmarıq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş, məqsədyönlü, müdrik siyasəti nəticəsində ölkəmizin qazandığı nailiyyətlər günbəgün artmaqdadır. Bu gün Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistan ilə münasibətlər də özünəməxsus rol oynayır. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir.

Ölkələrimiz arasında əlaqələrin inkişafında cənab Prezident İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. Qarşılıqlı siyasi dialoq və mütəmadi səfərlər ölkələrimiz arasındakı münasibətlərin inkişaf intensivliyini artırır. Onun yeni mərhələyə adlamasına möhkəm zəmin yaradır. Xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığı xüsusilə son dövrlərdə hər iki ölkənin prezidentlərinin siyasi iradəsi ilə daha da dərinləşmişdir. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, parlament, humanitar, ticari-iqtisadi və digər sahələrdə münasibətlər də birləşdirir. İki ölkə arasında siyasi, iqtisadi, parlament, mədəniyyət, ticari-iqtisadi sahədə əlaqələr mövcuddur.

Azərbaycan və Tacikistan arasında münasibətlərin genişlənməsində parlament əlaqələrinin rolunu xüsusi qeyd etmək lazımdır. Milli Məclisdə Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur. Məlumdur ki, tarixi Qarabağ Zəfərindən sonra Azərbaycan bölgədə və regionda yeni reallıqlar formalaşdırıb. Tarixi Zəfər Azərbaycanın beynəlxalq nüfuzunu xeyli artırıb.

Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmiz müasir nəqliyyat-logistika infrastrukturu yaratmağa nail olub. Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa və Asiya arasında əhəmiyyətli nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir. Tacikistan prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq və əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcəkdir. Tarixi və mədəni bağlılıqlarla əhatələnmiş xalqlarımız dövlət başçılarımızın şəxsi dostluq və qarşılıqlı etimadı sayəsində daha sıx əlaqələr quracaq, qloballaşan dünyada əsl nümunəyə çevriləcəklər. 

Süsən Əliyeva;
Neftçala rayonu, həkim