Aslan Abbaszadə Vüqar Zifəroğlunu təbrik edib
FaktorNews xəbər portalının təsisçisi və baş redaktoru Aslan Abbaszadə Vüqar Zifəroğlunu Azərbaycan Mətbuat Şurasının sədri seçilməsi münasibətilə təbrik edib.
Aslan Abbaszadə Vüqar Zifəroğlunun bu vəzifəyə seçilməsi münasibətilə təbriklərini çatdırıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
O, Vüqar Zifəroğlunun rəhbərliyi ilə Mətbuat Şurasının Azərbaycan mediasının inkişafına, jurnalistlərin peşə fəaliyyətinin təkmilləşdirilməsinə və media sahəsində sağlam əməkdaşlıq mühitinin gücləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.


