PAŞA Real Estate Qrupda təlim proqramı başa çatıb

PAŞA Real Estate Qrupda təlim proqramı başa çatıb

“PAŞA Real Estate Qrup”a daxil olan şirkətlərin insan resursları üzrə mütəxəssisləri, struktur bölmə rəhbərləri və rəhbər heyətinin üzvləri üçün təşkil edilən “Employee Relations & People Management” (“Əməkdaşlarla münasibət və personalın idarə edilməsi”) təlim proqramı başa çatıb.

BusinessTime xəbər verir ki, proqramın əsas məqsədi iştirakçıların “Leadership DNA” (“Liderlik DNT-si”) prinsiplərini rəhbərlik fəaliyyətində, gündəlik iş münasibətlərində və peşəkar inkişaf prosesində tətbiq etmələrinə dəstək olmaq olub.

Beş qrup üzrə ümumilikdə doqquz gün davam edən təlimlər çərçivəsində rəhbərlərin iş prosesində qarşılaşdıqları real vəziyyətlər müzakirə edilib. Həmçinin müxtəlif idarəetmə məsələlərinə “Leadership DNA” prinsipləri əsasında yanaşma yolları nəzərdən keçirilib.

İnsan Resursları üzrə beynəlxalq ekspert və karyera kouçu Leyla Novruzun apardığı təlimlər praktiki tapşırıqlar və fəal müzakirələr əsasında təşkil olunub. Təlimlərin iştirakçıların bilik və bacarıqlarının inkişafına, eləcə də idarəetmə yanaşmalarının təkmilləşdirilməsinə töhfə verməsi hədəflənib.

Proqramın gələn il əhatə dairəsinin genişləndirilməsi və “PAŞA Real Estate Qrup”a daxil olan şirkətlərin daha çox əməkdaşının təlimlərdə iştirakının təmin edilməsi nəzərdə tutulur.