Azərbaycanda bu telekanalın yayımı dayandırılır
Azərbaycanda "Match TV" kanalının yayımı dayandırılıb.
Bu barədə izləyicilərə müvafiq bildiriş təqdim olunub.
Məlumata görə, "Match TV" kanalının Azərbaycanda yayım icazəsi olmayıb. Ona görə də "Media haqqında" qanunun 32.4 və 34.5-ci maddələrinin tələblərinə uyğun olaraq kanalın yayımı dayandırılıb.
Qeyd edək ki, "Match TV" 2015-ci ildən yayımlanan Rusiya federal idman televiziya kanalıdır.

