Ötən il uğurlu nəticəmiz 51.4% olub - Nadir Adilov

Ötən il uğurlu nəticəmiz 51.4% olub - Nadir Adilov

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov qeyd edib ki, 2023-cü ili əhatə edən hesabatda qanunvericiliyin tələblərinə uyğun olaraq, mediasiya məxfiliyinin qorunması şərti ilə 2023-cü il üzrə illik hesabatda mediasiya təşkilatlarında baxılan işlərin mediatorlar arasında adlı bölgüsü və eyni zamanda mediatorların və mediasiya təşkilatlarının əldə etdiyi nəticələr qeyd edilib.

Belə ki, Mediasiya Şurasının 2023-cü il üçün uğurlu nəticəsi 51.4% olmuşdur. Eyni zamanda, hər bir mediatorun icraatında olan iş sayı, əldə etdiyi barışıq sazişlərinin sayı da mediasiya təşkilatlarının və mediatorların adbaad siyahısı qaydasında təqdim edilməklə əksini tapıb.

Hesabatda həmçinin hər bir təşkilat üzrə xitam verilən və mediasiyadan imtina edilən işlərin, ilkin mediasiya sessiyasında (İMS) bir tərəfin iştirak etmədiyi işlərin və tam mediasiya sessiyasına (TMS) keçilməyən işlərin sayı, əıdə edilən barışıq sazişlərinin dəqiq statistikaları üzrə göstəricilər qeyd edilib. 

"Sənəd qanunvericiliyin və Mediasiya Şurasının nizamnaməsinin tələblərinə uyğun olaraq, beynəlxalq ekspertlərin rəyləri nəzərə alınaraq mediasiya təşkilatları tərəfindən təqdim edilmiş hesabat əsasında hazırlanıb." - deyə Nadir Adilov fikirlərini tamamlayıb.