Azərbaycanda əkilməyən torpaqlarla bağlı layihə hazırlanır

Azərbaycanda əkilməyən torpaqlarla bağlı layihə hazırlanır

Kənd Rəsərrüfatı Nazirliyində əkilməyən torpaqlarla bağlı layihə işlənilir.

İqtisadiyyat.az xəbər verir ki, bu fikiləri Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və icra intizamı şöbəsinin müdiri Yasər Abdullayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında "Yaşıllıqların mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bizim bir qanun layihəmiz var idi, təəssüf ki, sizə qədər çatdıra bilmədik: “Qanun layihəsi çərçivəsində alt proqram kimi nəzərdə tutmuşduq. Türkiyədə istifadə olunan mexnizm var ki, əgər torpaq mülkiyyətçisi iki il müddətində onu istifadə etmirsə, dövlət həmin torpağı məsələn Yasərin adından Arifə icarəyə verir, icraə haqqını isə Yasərin bank hesabına köçürür.

Bununla da torpaqların istifadəsini məcburi edir. Həmçinin istifadəsiz torpağa görə də vergiləri dəfələrlə artırır. Bu gün bizdə bələdiyyə vergisidir. Lakin tətbiq mexanizmi görünən odur ki, istənilən səviyyədə deyil. Bu səbəbdən istifadəsiz torpaqlarımız çoxdur. Düzdür, başqa səbəbləri də var. Azərbaycanda 75 - 76 faiz torpaqlar 3 hektardan aşağıdır. Bu torpaqlarda isə təsərrüfat iqtisadi cəhətdən səmərəli deyil. Bu sizin üçün əlavə gəlir sahəsi ola bilər. Taxılçılıqda iqtisadi cəhətdən səmərəlik 24 hektardır. Bağçılıq, bostançılıq 3-5 hektardır. Kənd yerlərində torpaqlar var ki, urbanizasiya prosesinə görə də torpaqlar istifadə olunmur. Gələcək üçün bununla bağlı fikirlərimiz var”.