Azərbaycanda pul bazası artıb
Bu il dekabrın 1-nə Azərbaycanda pul bazası 22 milyard 128,4 milyon manat təşkil edib.
BusinessTime.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bu, ötən ayın eyni dövrü ilə müqayisədə 733,3 milyon manat çoxdur.

