Azərbaycandan turist axını 1 %-dən çox azalıb
Bu ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % azalaraq 151,9 min nəfər olub.
BusinessTime.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, vətəndaşlarımızın 35,8 %-i Türkiyəyə (1 il əvvələ nisbətən 2 % az), 15,8 %-i Rusiyaya (1,5 % çox), 12,3 %-i İrana (13,3 % çox), 9,8 5-i Gürcüstana (17,6 % az), 26,3 5-i isə digər ölkələrə (1,1 % az) gedib, 66,3 %-ni kişilər, 33,7 %-ni qadınlar təşkil edib.
Vətəndaşların 69 %-i hava, 29,5 %-i dəmir yolu və avtomobil, 1,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Bundan başqa, ötən ay Azərbaycana 158 ölkədən 181,8 min nəfər və yaxud illik müqayisədə 5,3 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 23,4 %-i Rusiya, 20,1 %-i Türkiyə, 8,5 %-i İran, 5 %-i Hindistan, 4,9 %-i Səudiyyə Ərəbistanı, 4,8 %-i Gürcüstan, 3,7 %-i Pakistan, 3,1 %-i Qazaxıstan, 2,8 %-i Özbəkistan, 2,7 %-i İsrail, 2 %-i Küveyt, 1,7 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Çin, hər birindən 1,3 % olmaqla Türkmənistan və Ukrayna, 13,3 %-i digər ölkələrin vətəndaşları olub, 71,1 %-i kişilər, 28,9 %-ni qadınlar təşkil edib.
2025-ci ilin yanvar ayı ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41,9 faiz artaraq 7,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,3 faiz artaraq 34,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,7 faiz artaraq 58,6 min nəfər, digər ölkələrdən gələnlərin sayı 3,8 faiz artaraq 81,4 min nəfər təşkil etmişdir.
Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,4 faizi hava, 26,3 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

