Neft Fondu martda dollar satışını artırıb

Neft Fondu martda dollar satışını artırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ötən ay 498,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

BusinessTime fondun yaydığı məlumata istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 29,8 faiz çoxdur.

Ötən ilin mart ayında Dövlət Neft Fondu tərəfindən 383,9 milyon dollar məbləğində vəsait satılıb.