Azərbaycanın AI şirkəti SuperAI Singapore 2026-da təmsil olundu
Azərbaycanın texnologiya şirkəti Starnest Asiyanın ən böyük süni intellekt konfransı olan SuperAI Singapore 2026 tədbirində iştirak edib. Konfrans 10–11 iyun tarixlərində Sinqapurun Marina Bay Sands məkanında keçirilib.
Tədbir 10 000-dən çox iştirakçını, 1 500-dən artıq AI şirkətini, 150-dən çox spikeri və 150-dən çox ölkədən nümayəndələri bir araya gətirib.
SuperAI həmçinin Singapore AI Week çərçivəsində keçirilən əsas tədbirlərdən biri olub. 8–14 iyun tarixlərini əhatə edən bu həftə ərzində OpenAI, Lightspeed, Alibaba Cloud, Stripe, Google DeepMind, Cerebras, Mistral AI və digər qlobal texnologiya şirkətləri, investorlar və AI ekosisteminin liderləri bir araya gəlib.
Azərbaycan üçün belə miqyaslı tədbirdə iştirak ölkənin qlobal süni intellekt xəritəsində mövqeyini gücləndirməsi baxımından mühüm addımdır. Milli texnologiya şirkətlərinin SuperAI kimi beynəlxalq platformalarda təmsil olunması regionda yaradılan AI məhsullarının qlobal bazarda rəqabət aparmaq potensialını nümayiş etdirir.
Starnest AI-native məhsullar portfelini inkişaf etdirir. Şirkətin əsas istiqamətlərinə veb oyunların yaradılması və distribusiyası üçün GAMENEST platforması, həmçinin AI agentləri, AI-commerce və beynəlxalq rəqəmsal bazarlar üçün infrastruktur həlləri daxildir.
Sinqapurda keçirilən konfrans çərçivəsində Starnest komandası investorlar, texnoloji tərəfdaşlar və Cənub-Şərqi Asiyanın AI ekosisteminin nümayəndələri ilə bir sıra görüşlər keçirib.
“SuperAI süni intellekt sahəsində Şərqlə Qərbin görüşdüyü əsas platformalardan biridir. Bizim üçün vacib idi ki, güclü AI məhsullarının təkcə Silikon Vadisində deyil, Bakıda da yaradıldığını göstərək,” — deyə şirkətin təsisçisi və CEO Fuad Nəsirov bildirib.
“Cənub-Şərqi Asiya bizim məhsullar üçün strateji bazardır. Konfrans çərçivəsində qurulan əlaqələr Starnest üçün bu regiona çıxış baxımından mühüm imkanlar yaradır,” — deyə şirkətin həmtəsisçisi Amil Axundov əlavə edib.
Starnest haqqında
Starnest — generativ süni intellekt, oyun sənayesi və agent infrastrukturunun kəsişməsində məhsullar hazırlayan Azərbaycan AI şirkətidir. Şirkət öz self-hosted AI stack həllərini inkişaf etdirir və beynəlxalq bazarlar üçün AI-native məhsullar yaratmağa fokuslanır.


