Azərbaycanın ilk lizinq şirkəti ləğv olundu

Ləğv edilmiş Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Səhmdar Cəmiyyətinin “Azərlizinq” şirkəti də ləğv olunur.

BusinessTime.az bu barədə şirkətə istinadən xəbər verir.

Kreditorlar iki ay ərzində tələblərini AZ1026 Bakı şəhəri, Xətai̇ rayonu, 8 Noyabr prospekti̇, ev 108 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Azərbaycanın ilk lizinq şirkəti “Azərlizinq” 1999-cu ildə yaradılıb.