“Novochem-Azerbaijan” şirkəti “Gemza Group”a satıldı
Neft-qaz seqmenti üçün xüsusi kimyəvi maddələrin tədarükü üzrə ixtisaslaşmış “Novochem-Azerbaijan” ləğv olunub.
İqtisadiyyat.az xəbər verir ki, şirkət “Gemza Group” Məhdud Məhsuliyyətli Cəmiyyətinə qoşulub.
Buna görə də “Gemza Group” yenidən təşkil edilib. Beləliklə, “Gemza Group” “Novochem-Azerbaijan”ın hüquqi varisidir.
Qeyd edək ki, “Novochem-Azerbaijan” 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Əliyeva Könül Asif qızıdır. Novochem Azerbaijan MMC bəzi məşhur Aİ brendinin eksklüziv distribyutorudur. Azərbaycanda və MDB regionunda etilen, politen, karbamid, metanol zavodlarının istehsalı üçün vacib olan kimyəvi maddələrin tədarükü, reformer soba borularının boşaldılması, təmizlənməsi və yüklənməsi, eləcə də reagent tədarükü zavodlarından laboratoriya sınaqları sahəsində fəaliyyət göstərib.
“Gemza Group” isə mühəndislik, satınalma və tikinti şirkəti olaraq 2012-ci ildə yaradılıb. Xəzər və MDB regionundakı əsas neft və qaz şirkətləri ilə satınalma və xidmətlər təchizatı müqavilələrini əsasında Texniki baxış, təmir və İstismar üzrə həyata keçirir. Qanuni təmsilçisi Aslanov Kənan Oqtay oğludur.